42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu - VİDEO,FOTO

42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu - VİDEO,FOTO
Video
Şou-biznes 1649
Hal-hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov amerikalıları bir daha heyran edib. BAKU.WS xəbər verir ki, NBC telekanalında nümayiş olunan "America's Got Talent: The Champions" teleşousunda çıxış edib. Səhnəyə çıxan 42 yaşlı soydaşımız nümayiş etdirdiyi nömrələrlə münsiflər heyəti ilə yanaşı, milyonlarla tamaşaçını şoka salıb. Xatırladaq ki, ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib. BAKU.WS
42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu - VİDEO,FOTO
42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu - VİDEO,FOTO
42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu - VİDEO,FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər