Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı ot çaldı, qəlyan çəkdi... (FOTO)

Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı ot çaldı, qəlyan çəkdi... (FOTO)
Şou-biznes 3064

 

Ginnesin Rekordlar kitabına düşən, dünya şöhrətli Üzeyir Novruzov Gəncədən istirahət fotolarını paylaşıb. 

BAKU.WS-in məlumatına görə, Üzeyir "İnstagram” bloqunda yerləşdirdiyi şəkillərdə ot çalır, samovar qaynadır və qəlyan çəkir. Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edən Üzeyir maraqlı şəkillərini sevənləri ilə bölüşüb. 

Azərbaycana gəzmək və istirahət etmək üçün gələn məşhur bir müddət öncə "Maşın" şounun finalına da qatılmışdı. 

Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. 

Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Şahin

BAKU.WS

Son xəbərlər