Əsgərlərimizin məhv etdiyi erməni əsgər Ginnesin Rekordlar Kitabına düşübmüş
Ermənistan ordusu Qarabağda daha bir hərbçisini itirib.
BAKU.WS Femida.az-a istinadən xəbər verir ki, güllə yarasından ölən əsgər 20 yaşlı Artak Rafaelyandır. O martın 28-də saat 13-30 radələrində cəbhənin şərq istiqamətində aldığı güllə yarasından ölüb.
Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Beləki, pulemyotçu uzandığı yerdə 11011 dəfə jim etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş. O həmçinin boksla məşğul olurmuş.
Məlumatda həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub.
BAKU.WS
Oxşar xəbərlər
Murad Dadaşov Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı ilə (VİDEO)
Əməkdar artist, məşhur aparıcı və şoumen Murad Dadaşov hazırda Dubaydadır. BAKU.WS xəbər verir ki, M.Dadaşov orada həmyerlimiz Ginnesin Rekordlar kitabına düş...