Azərbaycanlı rekordlar kitabına düşdü (VİDEO)
Uzun illər Ukraynanın Xarkov şəhərində yaşayan Elçin Orucov plastlindən yaratdığı qeyri adı personajlarını animasiya filminə çevirməklə bu sahədə böyük uğurlara imza atıb.
BAKU.WS "Qafqazinfo”-ya istinadən məlumat verir ki, Elçin Orucov "plastlindən ən çox animasiya personajı yaradan insan” kimi Ukraynanın milli rekordlar kitabına düşüb.
Bununla bağlı paytaxt Kiyev şəhərində keçirilən "2016-Ukrayna Milli Rekord Reyestri”nin təqdimat mərasimində Elçin Orucova təşkilatın yüksək nominasiyası təqdim olunub. Tədbridə Ukraynanın gənclər və idman naziri İqor Jdanov çıxış edərək, Ukraynanın rekordlar kitabına düşən qalibləri təbrik edib. E.Orucovun layihəsini bədii dəyərlər baxımından incəsənət, dizayn və animasiya modelləşdirilməsində uğurlu addım kimi dəyərləndirən mütəxəssislər, istedadlı həmyerlimizin yaratdığı Tartoniklər obrazının tezliklə dünya animasiya filimləri sferasına nüfuz edəcəyini vurğulayıblar.
Artıq bir sıra televiziya kanalları gələcəkdə cizgi filmlərinin göstərilməsi ilə bağlı Elçin Orucovun rəhbərlik etdiyi "Tartoniks” studiyası ilə müqavilə bağlayıblar.
BAKU.WS
Oxşar xəbərlər
"Azərbaycanlı Çarli Çaplin" Ginnesin rekordlar kitabına düşüb (VİDEO)
Azərbaycanlı sirk ustası "Ginnesin rekordlar kitabı"na düşüb. BAKU.WS məlumat verir ki, Çarli Çaplin obrazı ilə tanınan Üzeyir Novruzov 8 dəqiqəyə yaxın 6 metr...