QHT-lərdəki yoxlamalar dayandırıldı
18
mar
2016
22:43
Bəzi QHT-lərin hesablarına qoyulmuş həbslər götürülüb. BAKU.WS xəbər verir ki, İqtisadi Tədqiqatlar Mərkəzindən Qubad İbadoğu və Qalib Bayramovun, Azad İqtisadiyyata Yardım İB-nin rəhbəri Zöhrab İsmayılın, Demokratik Təsisatlar və İnsan Hüquqları İB-dən Elçin Abdullayevin, Free Person İnsan Hüquqları Müdafiə Cəmiyyətindən Səbuhi Qafarovun və Qafqaz Media Araşdırmaları mərkəzindən Anar Orucovun hesabları üzərindən həbs və vergi yoxlamaları dayandırılıb. Azərbaycan sərhədlərində yoxlama problem olan Koalisiyanın üzvlərindən Qalib Bayramov, Zaur Əkbər, Məlahət Mürşüdlü, Səbuhi Qafarov, Oqtay Güləliyev, Anar Orucov, Əziz Orucov, Zöhrab İsmayıl, Elçin Abdullayev və İlham Hüseynli 18 Mart tarixindən ölkəyə giriş-çıxışla bağlı heç bir problemlə üzləşməyəcəklər. BAKU.WS
Oxşar xəbərlər
Quba sakini özünü ürəyindən vurdu
Quba rayonunda intihar hadisəsi baş verib. BAKU.WS-in ans press-ə istinadən məlumatına görə, rayonun Amsar kənd sakini 52 yaşlı Mehdi Orucov özünəməxsus ov tü...