Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı "Formula 1"ə hazırlaşır (VİDEO)

Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı Formula 1ə hazırlaşır (VİDEO)
Video
Şou-biznes 1936

 

Ginnesin Rekordlar kitabına düşən, dünya şöhrətli Üzeyir Novruzov yeni video paylaşıb. 

BAKU.WS-in məlumatına görə, Üzeyir "İnstagram” bloqunda yerləşdirdiyi videoda nərdivala məşq edir. "America's Got Talent” yarışmasında nərdivanla şousu ilə məşhurlaşan həmyerlimiz "Formula 1" yarışının şou-proqramında iştirak edəcək.  

Xatırladaq ki, azərbaycanlı sirk ustası Üzeyir Novruzov hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı "America's Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib. O, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. 

Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Şahin

BAKU.WS

Son xəbərlər