Tanınmış reper Orxan Zeynallı (AİD) yeni klipinin təqdimat mərasimini keçirib.

BAKU.WS məlumat verir ki, "Dərində" adlı mahnının musiqisi Hans Zimmerin "Inception" (Başlanğıc) filminə hazırladığı sontrektindəndir, sözləri isə Orxan Zeynallıya məxsusdur. Ekran işinin rejissorluğu Alvin Mahmudova həvalə olunub. Klipin çəkilişləri Bakının Dübəndi qəsəbəsində və Şamaxı rayonunda həyata keçirilib.

Reper bildirib ki, bu onun ilk klip təqdimatıdır. 

BAKU.WS Orxan Zeynallının yeni klipini təqdim edir.