Qalmaqallı və səs-küylü paylaşımları ilə diqqətləri üzərinə cəlb edən aparıcı və aktrisa Könül Yusifqızı yenidən gündəm yaradıb. 

BAKU.WS
xəbər verir ki, Könül illər öncə əməkdar artist Ədalət Şükürovla birlikdə çəkdirdiyi fotosunu sosial hesabında izləyiciləri ilə bölüşüb. 

Aktrisanın bu paylaşımı isə sosial şəbəkə əhlini sözün əsl mənasında məəttəl qoyub. Belə ki, fotoda Yusifqızının geyindiyi şəffaf köynəyi onun qara alt paltarının görünməsinə səbəb olub. Heç Şükürovun da geyimi söz-söhbətsiz ötüşməyib. Ədalətin geyindiyi dəridən qırmızı köynəyi və şalvarı izləyiciləri əsəbləşdirib. Onlar hər iki məşhuru qınayıb, o ki, var tənqid ediblər.

Könül Yusifqızının Ədalət Şükürovla paylaşdığı qalmaqallı fotosunu sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS