SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il durmadan öz yaradıcılığında yeniliklərə imza atan seksual imici ilə gündəmə gələn cazibədar müğənni Dilarə Kazımovadan yeni xəbər var.

BAKU.WS xəbər verir ki, “Dəm olmuşam “,“Yalnız səni gözlədim” kimi hitlərdən sonra ifaçı yeni mahnısı olan “Danış” - adlı mahnını "Youtube" video hostinqdə dinləyicilərinə təqdim edib. Məşhur bu dəfə də yeni layihəsi üçün çılpaq pozlar verib. 

Müğənni mahnının tam hissəsini öz sosial şəbəkəsində paylaşdıqdan dərhal sonra onun haqqında müsbət rəylər almağa başlayıb. Sözügedən mahnı ilk sədalarından musiqisi və sözləri ilə dinləyicini öz sehrinə sala bilir.

”Danış” adlı bəstənin sözləri “Bumerang label” şirkətinin rəhbəri Nigar Məmmədovaya, mahnısı Camal Qurbanova məxsusdur.

Səs tembrı və özünəməxsus ifası ilə seçilən Dilarə Kazımovanın yeni mahnısını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS