SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan xalq artisti Yalçın Rzazadə maraqlı açıqlamalar verib.

O, öz davasından danışıb: "Çəkilişə gələndə təzə kostyumu geyinmişdim. Maşının pəncərəsini azacıq açmışdım və yağış yağırdı. Yanımdan bir maşın sürətlə keçdi və su üstümə sıçradı.

Əsəbiləşib arxaları ilə getdim. Onları saxladıb elədiklərini göstərdim. Vecsiz formada reaksiya verdiyi üçün ona bir neçə zərbə endirdim. 3-cü zərbədə qapını açıb yerə atdım. Yanındakı oğlan düşüb atasının hakim olduğunu və mənimlə dost olduğunu dedi. Onlara yaxşı sözlər deyib oradan uzaqlaşdım".

BAKU.WS