Mediada daim qalmaqallarıyla tanınan müğənni Əli Mirəliyevin şok iddiasına Xalq artisti Yalçın Rzazadə əhamiyyət vermədiyini bildirib.

Müğənni BAKU.WS-ə açıqlamasında bildirib ki, hər kəs onu tanıyır.

"Hazırda başım çox qarışıqdır. Boş-boş sözlərə vaxt ayırmağa vaxtım yoxdur. Xalq məni yaxşı tanıyır. Qoy xalq da onun cavabını versin. Siz özünüz onun cavabını verin”, - deyə Yalçın Rzazadə bildirib.

Xatırladaq ki, müğənni Əli Mirəliyevin dahi sənətkarlarımız haqqında, eləcə də bir çox tanınmış insanlar haqqında xoşagəlməz fikirlər söyləyib:
"O vaxt gey olmaq gizli idi. Amma indiki aktyorlar, sənəd adamları geyliklərini aşkar edirlər. Keçmişdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi.Lakin onlar bunu aşkar etmirdilər. Bəyəm onların pulları yox idi? İndiki müğənnilər şalvarı elə geyinirlər ki, şalvarın ayağı elə dar olur ki, axşam yatmağa gedəndə çıxartmaaları mümkün olmur. İndiki müğənni "kişi”lər saqqal saxlayır. Elə bilirlər ki müasirdirlər. Məsələn, Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın. Deyirəm ayə Nadir, kişisən, oranı-buranı niyə kəsdirirsən? Deyir neynəmişəm ki, bir tək burnumu kəsdirmişəm də. Sən nə gündəydin ala, xiyar satanlara oxşayırdın. İndi guya bir burnunu kəsdirmisən?. Hamınızda maviləşmə gedir, bəs bu qızlar necə olacaq? Bunları kim alacaq?”. – deyə Əli Mirəliyev bildirib.

Ziya Səccad

BAKU.WS