VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev "APA TV”-nin "Show time” verilişinin qonağı olub. Xalq artisti əməkdar artist Ədalət Şükürovun "Azərbaycanda konsertdən qazanan müğənni yoxdur" fikrinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, F.Ağayev bildirib ki, verlişdə həmkarının fikri ilə razı olmadığını deyib.

"Ədalət ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayanlardır. Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də olar”.

Xalq artisti verlişdən sonra həmkarı ona zəng edib etməsini də deyib. “Onun mənə verlişdən sonra zəng etməsi qoy bizim onunla aramızda qalsın. Bu barədə danışmaq istəmirəm”.

Tuncay
BAKU.WS


]