Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva dəfn olunub.
 
BAKU.WS Apa-ya istinadən məlumat verir ki, xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində rəsmi şəxslər, İ. Quliyevanın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili, xalq artisti Zeynəb Xanlarova, millət vəkili Elmira Axundova, xalq artistləri Yalçın Rzazadə, Canəli Əkbərov, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayev və digər şəxslər iştirak edib.
 
BAKU.WS