VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Xalq artisti Rafael Dadaşovun qızı, tanımış müğənni Səidə Dadaşova ailə qurub.

BAKU.WS məlumat verir ki, müğənni Xəzər Tv-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5/5” verilişində qonaq olub. Dadaşov verlişdə ailə qurduğunu, 1 ay bundan əvvəl ana olduğunu deyib.Müğənni oğlunun adını atasının adını qoyub:

"Allah hamıya övlad payı qismət etsin. Oğlum 1 aylıqdır. İnsan gərək hər bir sözdən nəticə götürsün. Mən də məsləhətlərdən nəticə götürüb, ailənin vacib olduğunu başa düşdüm. Övladımla reklam olunmağı istəmirdim. Ona görə də gizlədirdim. Övladım bətnimdə olarkən mənə dəstək duranlar çox idi. Dostlarıma təşəkkür edirəm. Uşaq məni çox dəyişdirdi. hara gedirəmsə, evə, oğlumun yanına tələsirəm" - deyə sənətçi bildirib.
 
Zaur Kamal Səidə Dadaşova və həyat yoldaşı ilə çəkdirdiyi şəkli İnstaqram hesabında paylaşıb.

Xatırladaq ki, bu Səidə adaşovanın ikinci ailə həyatıdır. O, bundan əvvəl Türkiyə vətəndaşı ilə ailə qurmuşdu.
 
BAKU.WS