VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Oğlunun toyundan xəbərim yoxdur, indi eşitdim. Dünən 9 toyum olub. Güclə çatdırmışam. Yəqin bu gün olub. Bu öz seçimidir. Mənim oğlum qadağan qoymaz. Çünki özüm də heçnəyi gizlətmədiyimə görə yəqin o da etməz. Hələ mənim oğlumun kiçik toyu olmayıb”.

Bu sözləri ARB TV-nin “Günə son” proqramına telefon bağlantısı zamanı müğənni Zahidə Günəş həmkarı Manaf Ağayevin oğlunun toyundan söhbət açarkən deyib.

Daha sonra aparıcı Ülvira Qarayeva, küsülü olduğu sənətçini salamlayaraq, onu barışığa səsləyib və müğəninin onun haqqında dediyi “qulaqlarını kəsərəm” fikrindən ehtiyyatlandığını bildirərək Zahidə Günəşdən fikirlərini alıb:

“Ülvira xanım mən sizin xətrinizi çox istəmişəm. Bilirsiz ki, kişi kimi qadınam. Mən müğənnilərdən fərqli olaraq zəhmətimlə yaşayıram. Amma uman yerdən küsərlər. Əsəbi insanam, ağır seyidəm. Hamıyla mehriban dolanıram deyə, istəmirəm kimsə xətrimə dəysin”.

BAKU.WS