SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Könül Kərimova qızı Ləmana xına mərasimi keçirdib. 

BAKU.WS-in məlumatına görə, paytaxt restoranlarının birində baş tutan məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edib.

Mərasimdə K.Kərimovanın həmkarları və digər şou-biznes nümayəndələri də iştirak edib. Mərasimin qonaqları çəkilən video və fotoları sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, Ləman Orxan adlı şəxslə ailə qurmağa hazırlaşır. Cütlüyün toyu noyabrın 27-də olacaq.

İman
BAKU.WS