Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, müğənni İlqar Xəyal Samir Bağırov, Abbas Əhmədov, Almaz Ələsgərli və başqalarının 29 il əvvəlki görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, social şəbəkələrdə yayılan görüntülər böyük marağa səbəb olub.

Sosial şəbəkə istifadəçiləri əsasən müğənnilərin geyimi müzakirə ediblər.

Videoda “Bakı payızı 88” mahnı müsabiqəsinin qalibləri və digər iştirakçıları mükafatlandırılır. Mükafatlandırma mərasimi 29 il əvvəl noyabrın 17-də keçirilib.

Həmin görüntüləri təqdim edirik.

BAKU.WS