"5/5"-də "Elçilik" rublikası maraqlı məqamları ilə yadda qalıb.

BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, Zaur Kamalın aparıcılığını etdiyi verilişin yeni ruplikasının budəfəki elçi gedən məşhurları Əlikram Bayramov və Mənzurə Musayeva olub.

Bərdənin Çələbilər kəndinə elçiliyə gedən Əlikram oğlan evi ilə öncədən şərt kəsib.

Süfrə arxasında Əlikramın kəsdiyi şərti təqdim edirik:

"Mənim sizinlə bir şərtim var. Əgər mən gedib qızı bu qardaşımıza ala bilsək, Məzurəylə ikimiz, toyu biz oxuyacağıq. Pulnan ha, orada 1000 manat gəlirimiz olar. 500-ü mənim, 500-ü Məznurənin. Allah eləməsin, əgər biz qızı ala bilməsək, 1000 manatı biz sizə verəcəyik. İndi, Mənzurə, qal Allaha yalvara-yalvara!"

Qeyd edək ki, elçiliyə yollanan Əlikram-Mənzurə cütlüyünün qızı alıb-almadığını verlişin bu gün axşamkı buraxlışında bilmək olacaq.

BAKU.WS