“Evdə kişinin sözü keçər, xanım kimdir ki?! - Əlikram Bayramov - VİDEO
Müğənni Əlikram Bayramov evinin qapılarını ARB TV-nin "Evgördü" verilişinə açıb.
Sevilən ifaçı ailə qurmasından danışıb: "2 yaşımdan atamı itirmişəm. Anamı elçiliyə göndərdim, qızı vermədilər. Dedilər ki, müğənniyə qız vermirik, gündə birini görür. Mən də qızı götürüb qaçdım. Qız məni istəyirdi, mənə məktublar yazırdı. Evdə mənim sözüm keçir. Evdə kişinin sözü keçər, xanım kimdir?! Xanım evin xanımlığını etsin".
Daha sonra müğənni qonşularla olan münasibətindən və evindən söhbət açıb: "Qonşularla münasibətim yaxşıdır. Qonşu ilə nə problemim ola bilər ki? Qonşu yaxşı olsa, təbii yaxşı olacaq, qonşun pis olsa köç qurtar. Evi bir dəfə tikirsən. O evi də elə tikməlisən ki, uşaqlar da rahat yaşasın. Bu evi 5-6 ilə tikmişəm. Qardaşım pul qoyub tikib, sonra mən yavaş-yavaş ona qaytarmışam".
BAKU.WS
Oxşar xəbərlər
Evli məmurdan hamilə qalan Şəbnəm: "Qızıma atası ilə görüşməyi qadağan etmişəm" (VİDEO)
Müğənni Şəbnəm Əsədova (Tovuzlu ) şəxsi həyatı ilə bağlı danışıb. BAKU.WS xəbər verir ki, ifaçı "Stop” (Youtube İN TV) verilişində keçmiş həyat yoldaşından söz...