Cavid Gül ailə quracağı qız haqda danışdı (VİDEO)
Tanınmış aparıcı Cavid Gül ailə quracağı xanım haqda danışıb.
BAKU.WS məlumat verir ki, aparıcı "Yeri gəlmişkən" verilişinə açıqlamasında sakit bir xanım axtardığını deyib:
"Yeniyetmə yaşlarında istəklər, təsəvvür başqa olur. Yaş keçdikcə ailə quracağın insanın görkəmini düşünmürsən. Deyirsən, xasiyyəti yaxşı olsun, dava olanda səs ucalmasın. Düzdür, görkəm də önəmlidir, elə olmalıdır ki, kişinin gözü kənarda qalmasın. Qız qəşəng deyilsə, onla dostluq edə bilərəm. Seçəcəyim xanım başımı ağrıtmayan, sakit biri olsun. Dır-dır etməsin, 90 yaşına kimi onla yaşayaram. Xoşuma gəldi, ailə qurmaq xətrinə evlənmək mənlik deyil. Rahatlıq axtaran biriyəm".
BAKU.WS
Oxşar xəbərlər
Mikayıl yeni verilişlə efirə qayıdır (VİDEO)
Tanınmış aparıcı Mikayıl Güləddinoğlu yeni verilişlə efirə qayıdır. BAKU.WS məlumat verir ki, "Sevimli şou"nun keçmiş aparıcısı "Sənətsevər" verlişinin qonağ...