32 il əvvəlki videosunu paylaşdı: "Nə makiyaj, nə stilist var idi"

32 il əvvəlki videosunu paylaşdı: Nə makiyaj, nə stilist var idi
Şou-biznes 476

Xalq artisti Brilliant Dadaşova 32 il əvvəl lentə alınan videosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, müğənni keçmiş günləri üçün darıxdığını vurğulayıb:

"AzTV, 1988-ci il, Rafiq Babayevin rəhbərliyi ilə estrada simfonik orkestrı... Kompüterlərin, müxtəlif səs effektlərinin olmadığı vaxtlar.

Brilliant Dadaşovanın ilk solo konserti... Stilist, vizajist, geyim modelyeri, saç düzümü, üzə makiyaj yox idi. Hər şey yalnız öz zövqünün nəticəsi idi. Nə gözəl günlər...

Ağlımıza belə gəlməzdi ki, nə vaxtsa ölkəmiz hücumlara məruz qalacaq. Bir başqa tərəfdən də dünya pandemiya ilə sarsılacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər