VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Tanınmış azərbaycanlı müğənni, bəstəkar EMIN öz pərəstişkarlarını həyəcanlandırıb. 

BAKU.WS-in məlumatına görə, Ağalarov sirli bir şəkli sosial şəbəkəfə paylaşıb və şəkilin altına "Smoking Hot" yazıb. Şəkildən göründüyü kimi müğənninin buraxdığı tüstü gənc qızın üzünü dumanlaşdırır. 
 
Bu maraqlı şəkil çoxmənalı şərhlərin yaranmasına səbəb olub. Sosial şəbəkələrdə bəziləri bu fotoya görə EMİN-ə qəzəblənib və yazıblar ki, "Eminin hərəkəti təhqiredicidir". Digərləri isə öz pərəstiş etdikləri müğənnini müdafiə ediblər. 

Amma hamı kimi bizi də gənc qızın kimliyi maraqlandırır. Görəsən o qız kimdir? Doğrudanmı, yeni sevgilidir?
 
Xatırladaq ki, EMİN bu ilin mayında öz həyat yoldaşı Leyla Əliyeva ilə rəsmi olaraq boşanıb. Emin Ağalarov və Leyla Əliyevanın nikahından Əli və Mikail adlı əkiz uşaqları dünyaya gəlib. 
 
BAKU.WS