300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO

300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO
Şou-biznes 2308
 

"Andes canavarı" ləqəbi ilə tanınan Pedro Lopez törətdiyi dəhşətli cinayətlərlə adını qara hərflərlə tarixə yazıdırıb.

BAKU.WS Bizimyol-a istinadən xəbər verir ki, onun 1970-ci illərdə Kolumbiya, Peru və Ekvador ölkələrində 300-dən çox uşağı qaçıraraq istismara məruz qoyduğu bildirilir. Lakin bu cinayətlərin qarşılığında ona çox az müddətdə cəza kəsilib.

Pedro Alonso Lopez 1949-cu ildə Kolumbiyada doğulub. Anası əxlaqsızlıq yuvasında işləyib. Pedro özü ilə birgə ailədə 14 uşaq olublar. Alonso 8 yaşlı bacısına təcavüz etdiyinə görə, anası onu küçəyə atıb. Küçəyə atıldıqdan sonra naməlum şəxs tərəfindən istismara məruz qaldığı bildirilir.

300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO

Alonso Lopez 18 yaşında maşın oğurluğunda təqsirli bilinərək həbs edilib və orada 4 məhkum tərəfindən təcavüzə uğrayıb. Təcavüzə uğrayan Pedro onlardan 3-nü öldürüb. O, 2 il müddətinə azadlıqdan məhrum edilir və həbsdən çıxdıqdan sonra yenidən başqa insanların qətlə yetirməyə davam edir.

Alonsonun 1978-ci ildə 100-dən çox perulu qızın ölümünə səbəb olduğu bildirilir. Bu iddialar sübuta yetirilməsə də, Peruda hindu qəbilələrinin birində 9 yaşlı qızı oğurlamaq istəyərkən yerli sakinlər onu tutub və diri-diri yandırmaq istəyib. Lakin amerikalı missionerin müdaxiləsilə Pedro aidiyyatı üzrə təhvil verilib. Peru hökuməti onu həbs etmək əvəzinə, Ekvadora sürgün edib.

300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO

Ekvadorda 1980-cı ildə sel daşqınlarından sonra Pedronun 53 nəfərin qətlə yetirərək basdırdığı məlum olub. Törətdiyi cinayətləri - 100 dən çox gənc qızı öldürdüyünü etiraf etməsinə baxmayaraq polislər heç bir dəlil və sübut tapa bilməyib.

1983-cü ilə Ekvadorda 110 qadının ölümündə günahlandırılan qatil, Peru və Kolumbiyada 240 itmiş uşağın qətlində təqsirli bilinib. Yenidən cinayət işləyəcəyinə and içməsinə rəğmən Pedro Ekvador hökuməti tərəfindən sərbəst buraxılaraq 1998-ci ildə Kolumbiyaya sürgün edilib. Orada isə həbs cəzası almayıb və səərbəst buraxılıb.

300-dən çox uşaq oğurluğu, 100-dən çox ölüm işi... Dəhşətli qatilin HEKAYƏSİ - FOTO

Qətlə yetirdiyi şəxslərin yaxınları onu tapana 250 min dollar mükafar verəcəklərini bildiriliblər.

Pedro Alonso Lopezin hazırda sağ olub-olmaması və harada gizlənməsi barədə indiyə qədər dəqiq məlumatın verilmədiyi qeyd edilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər