SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Eurovision" 2011-in qalibi Nigar Camal ölkəmizi bu il təmsil edən Diana Hacıyevanı tənqid edib.

BAKU.WS-in məlumatına görə, ifaçı "ATV maqazin onlarla” verilişində həmkarı haqta danışıb. N.Camal Diananın stilini Azərbaycanda qəbul etməyəcəklərini deyib. İfaçı həmkarını n səhnədə hərəktlərini başa düşmədiyini və jurnalistlərə qarşı soyuq davrandığını deyib. 

"Onu "Eurovision"da da bəyənmədim. Mahnısı gözəl idi, ifasını xoşlamadım. Sözlərini, səhnədə davranışlarını anlamadım. Deyirdim, səhnədə bir az seksual qadın olacaq, amma soyuqqanlı idi. Diana səhnə üçün maraqlı idi, mənfi tərəfi o oldu ki, jurnalistlərə soyuq davrandı. İstərdim ki, heç olmasa onluğa düşərdik. Bizimkilər xoşlayır desin ki, bu müsabiqədə siyasət rol oynayır. Yaxşı, birinci, ikinci yer siyasətdən asılıdır. Bəs onluğa düşmək? O da siyasət deyil axı. İki həftə müsabiqə keçirilən yerdə qalırlar, jurnalistlərlə mehriban olsunlar". 

İfaçı müsabiqədən qayıdan həmkarlarının sənətdən uzaqlaşmasından söz açıb:

"Eurovision"dan sonra işləmək, prodüser tapmaq çətindir. Bizdə yaxşı prodüser yoxdur. Mahnılar, kliplər bahadır. "Eurovision” məktəbi o qədər yüksək səviyyədədir ki... Orada bizə ulduz kimi davranırlar. Ondan sonra bizim şou-biznesə qayıtmaq çətindir".

İman
BAKU.WS