Vüsalə Əlizadəyə villasında ad günü sürprizi etdilər - VİDEO

Vüsalə Əlizadəyə villasında ad günü sürprizi etdilər - VİDEO
Video
Şou-biznes 14992

Aparıcı Vüsalə Əlizadənin 40 yaşı var.

BAKU.WS xəbər verir ki, ailə üzvləri və dostları saat 23-00-ı keçdikdən sonra sürpriz ediblər.

Aparıcının lüks villası gül ləçəkləri və fişənglərlə bəzədilib. Vüsalə üçün ad günü tortu hazırlanıb.

Gecəyarı musiqiçilərdən ibarət qrup malikanəyə gələrək Vüsalənin yeni yaşını təbrik ediblər. Aparıcı arzu tutaraq ad günü tortunun şamını üfürüb.

Daha sonra yaxınları ona hədiyyələrini təqdim ediblər.

Vüsalə ad günündən olan videoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O yeni yaşı münasibətilə video paylaşaraq özünü təbrik edib:

"Var, yaşanmış hekayələr, var, yazılmış hekayələr… Hekayəmin ən gözəl səhifəsindəyəm. Sevgilərlə sizin Vüsalə Əlizadə. Yeni yaşım xoş gəldi. Sağlıq, sevgi, hüzur, bol şans, uğur, dürüst dostluqlar getir mənə.

Hər il olduğu kimi yenə də heç nə etmək istəmirəm deyən mən və 12 iyul tarixinə saatlar qala bütün proqramımı qurub, randevularıma qədər alıb məni tam hazır vəziyyətdə çəkiliş meydanına getirən dostlarım doğmalarım.

Allahın çox xoşbəxt bəndəsiyəm ki, varımsınız, mənim olanlarım".

Son xəbərlər