Vüqar Muradov: "Başqa millətdən olan xanımla evlənmək lazımdır" - VİDEO

Vüqar Muradov: Başqa millətdən olan xanımla evlənmək lazımdır - VİDEO
Video
Şou-biznes 165

Müğənni Vüqar Muradov yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında video yayımlayaraq başqa millətdən olan xanımla ailə qurmaq lazım olduğunu deyib:

"Nə vaxta qədər məsələn, Lətafətlə Əflatun evlənəcək? Azərbaycanda da olan ləzgi, ukraynalı, digər xalqın nümayəndələriylə evlənmək lazımdır ki, uşaqlar metis olsun. Metis uşaqlar yaraşıqlı, istedadlı olur. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır.

Əmiqızı ilə əmioğlunu, xalaqızı ilə xalaoğlunu evləndirmək, ata-ananın məcburiyyətinə son qoymaq lazımdır. Qızlar, oğlanlar 1.50-1.55 boyunda, arıq, cılız, burunları böyükdür. Qızların 70 faizi burunlarını əməliyyat etdirirlər. Bu, onun fəsadlarıdır".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər