21 il sonra Avroviziya səhnəsinə çıxan Sertab Erener Bakıya gələcək - FOTO
11
may
2024
11:53
21 ildən sonra Avroviziya səhnəsində fırtına qoparan məşhur müğənni Sertab Erener Bakının qonağı olacaq.
BAKU.WS xəbər verir ki, sənətçi payız aylarında paytaxtda sevənləri qarşısında çıxış edəcək.
İfaçı illərdir hit olan və sevilən kompozisiyaları ilə azərbaycanlı fanatlarına unudulmaz gecə yaşadacaq.
Xatırladaq ki, yüzlərlə populyar mahnıya imza atan ifaçı Avroviziya 2003-ün qalibi olub.
O qardaş ölkə Türkiyəni “Everyway That I Can” mahnısı ilə təmsil edərək birincilik gətirib.
Oxşar xəbərlər
“Əkizləri niyə tənqid edirik? Ən ədəbli geyinən elə onlar idi…” - FOTO
Mayın 9-da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Müsabiqədə iştirak edən 15 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmizi mö...