"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı "Avroviziya" yarışının qalibi, məşhur müğənni Nigar Camal olub.

BAKU.WS xəbər verir ki, müğənni, yaradıcılığı ilə bağlı yeniliklərini və eksklüziv açıqlamalarını "Şou-məkan" mikrofonuna danışaraq, çəkildiyi son klipdə başını bağlaması ilə bağlı da bəzi məqamları etiraf edib:

"Əslində klipdəki obrazım Kamilənin ideyası idi. O belə çəkmək istəyirdi. Mən istəmirdim. Düşünürdüm ki, yaxşı alınmaz. Sadəcə yenilik üçün bunu etdik. Hətta klipi çəkəndə də mən razı deyildim".

Bir müddət Röya ilə ilə duet oxuyacaqları xəbəri yayılan "Avroviziya" ulduzumuz bu mövzuya da aydınlıq gətirib:

"Problem, bilirsiz, nədədir? Yaxşı duet üçün mahnı tapmaq çətindir. Bir oğlan, bir qız olanda duet daha asan olur, nəinki iki xanım. Duet maraqlı olacaq. Bunun üçün də yaxşı mahnı lazımdır".

Sonda Nigar ailəsindən söz açıb:

"Mənim əsas həyatım İngiltərədədir. Orada olanda mən sadəcə qızlarıma baxıram. Məni başqa heç nə maraqlandırmır. Ancaq sözsüz ki, işlə də məşğul olmalıyam. Ona görə də iş üçün Bakıya gəlib-gedirəm. "Avroviziya" vaxtı 3-5 yaşlarındaydılar. İndi isə 10-11 yaşlarındadırlar. Artıq böyük qızdırlar. Qız uşağı anaya daha çox dəstək olur".
 
Aynur Ələkbərova
BAKU.WS