Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir

Çirkli pulların yuyulması və vergidən yayınma daxil olmaqla 4 ayrı ittihamla saxlanılan sosial media fenomeni Dilan Polata qarşı yeni iddia qaldırılıb.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Dilan Polat fenomen olan A.A. adlı şəxslə məhkəməlik olub.
Sözügedən hadisə 24 iyul 2023-cü ildə baş verib. A.A və Dilan Polat sosial şəbəkədə mübahisə edib. Mübahisədən sonra A.A-ya mesaj göndərən Polat təhqiramiz sözlər yazıb. A.A adlı şəxs vəkili vasitəsilə Polatdan şikayət edib.
İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən ifadəsi alınan Polat, "Sözügedən mesajları göndərdiyimi xatırlamıram", - deyib.
Prokurorluq Dilan Polata qarşı "qadına qarşı hədə" və "təhqir" cinayətlərindən 7 ilə qədər həbs tələbi ilə iddia qaldırıb.
Oxşar xəbərlər
Engin Polatın həbsxanadan ilk fotosu: Görənlər İkardiyə bənzədir - FOTO
Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomen Dilan Polatın əri Engin Polatın həbsxanadan ilk fotosu yay...