Elçin Əzizov Rusiyadakı terakta görə konsertini təxirə saldı
Xalq artisti Elçin Əzizovun Sankt-Peterburqda planlaşdırılan konserti təxirə düşüb.
BAKU.WS xəbər verir ki, bu haqda opera ifaçısı sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, martın 27-də nəzərdə tutulan tədbir baş tutmayacaq.
"Crocus City Hall"da baş verən dəhşətli hadisədən sonra "Mahnıma inan" adlı konsertimi təxirə saldıq. Bu, əyləncə, zarafat dolu bir gecə idi. Faciədə dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm. Yaxın günlərdə konsertin tarixini açıqlayacağıq. 27 mart üçün alınan biletlər keçərlidir", - deyə E.Əzizov açıqlamasında bildirib.
Oxşar xəbərlər
Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu
Xalq artisti Röya Ayxan 1982-ci il iyunun 14-də dünyaya gəlib. BAKU.WS Kulis.az-a istinadən ifaçı haqqında maraqlı faktları təqdim edir. Röya Ayxanın Ağdam ray...