Azərbaycanlı məşhurların Moskva konserti ətrafında PUL QALMAQALI - VİDEO,FOTO

Azərbaycanlı məşhurların Moskva konserti ətrafında PUL QALMAQALI - VİDEO,FOTO
Video
Şou-biznes 1607
Moskvada fəaliyyət göstərən Azərbaycan mədəniyyəti və incəsənəti "Azstudiya" təşkilatçılıq şirkətinin 9 ay bundan əvvəl "Crocus City Hall"da Türkiyə və Azərbaycan sənətçilərinin iştirakı ilə təşkil edilən "Bir millət, iki dövlət" adlı konsert ətrafında qalmaqala səbəb olub.BAKU.WS xəbər verir ki, qalmaqala səbəb konsertdə iştirak edən müğənnilər üçün "Naxçıvan Turizm" şirkətindən əldə edilmiş təyyarə biletlərinin pulunun hələ də ödənməməsidir."Naxçıvan Turizm" şirkətinin nümayəndəsi İnara xanım, sözügedən təşkilatçılıq şirkətinin konsertdə səhnə alan sənətçilər üçün onlardan əldə satın aldıqları təyyarə biletlərinin pulunun bir hissəsini ödəməkdən boyun qaçırdığını bildirir:"Ümumilikdə bizdən 26 843 manat məbləğində 47 təyyarə bileti alınıb. Türkiyə sənətçilərinin 14 843 manatlıq uçuş biletləri ödənilib, yerli müğənnilərin 12 000 manatlıq biletlərinin pulu hələ də ödənilməyib. "Azstudiya"nın rəhbəri Samirə Zeynalova pulu verməmək üçün müxtəlif bəhanələr gətrir. Gah deyir şəriki Ruslan Zeynalov ödəsin, gah da deyir ki, müğənnilərin özləri ödəsin".
15 mart 2018-ci ildə baş tutan konsertin afişası

İnara xanım deyir ki, "Azstudiya" sözügedən konsertdən yetrincə qazanıb. Sadəcə dələduzluq edib, ödəniş etmir: "Ön sıraların biletləri 200-300 dollara satılmışdı və müğənnilərə 3000-5000 dollar qonarar verib. Orada yaşayan azərbaycanlılar biznesmenlər konsertə sponsorluq etmişdilər. Üstəlik də, bütün biletlər satılmışdı. Mən özüm zalda idim, boş yer yox idi.Konsertdən sonra isə Moskvada "Triumf Palas"da azərbaycanlı restoranı Novruz Bayramı da eyni qaydada bayram konserti təşkil etdi. Biletlər 100 dollara satılmışdı. Mən özüm 100 dollar ödəyib tədbirdə iştirak etdim. Bu insan dələduzdur, bizim kimi çoxlarını aldadıb".

S.Zeynalovadan pulu ala bilməyən turizm şirkəti konsertdə iştirak edən müğənnilərə üz tutub və müğənnilərin biletin pulunu ödəmələrini istəyir. Turizm şirkəti artıq müğənnilərə müraciət edilib və biletin pulunu ödəmələri tələb edib. Şirkət ifaçılardan rədd cavabı alıb. Onlar bilet pulunun təşkilatçı tərəfindən ödənilməli olduğunu xatırladıblar.

Turizm şirkət Samirə Zeynalovadan polisə şikayət etməyi, müğənniləri isə məhkəməyə verməyi planlaşdırır.

]"Azstudiya"nın rəhbəri Samirə Zeynalova Bakıya gəldiyi zaman turizm şirkətinə borclu olduğunu öz əlyazması ilə təsdiqləyib.S.Zeynalova BAKU.WS-ə açıqlmasında borc qalmaqalında müğənnilərin adlarının hallanmasının düzgün olmadığını söylədi: "Bu, iki şirkət arasında həll olunası məsələdir və biz neçə illik böyük bir şirkət olaraq, qarşı tərəfin narazılığını qanunla qarşılamağa hazırıq. Samirə Zeynalova olaraq nə mənim, nə də müğənnilərin onlara borcu yoxdur. Müğənnilərin adlarının hallandırılması ümumiyyətlə düzgün deyil. Bu məsələdə şirkətin şirkətə borcu var. O biletləri "Azstudiya" şirkəti alıb və şirkət olaraq ödəməlidir. Müəyyən maliyyə çətinliyimiz oldu, sponsorlar bizi pis vəziyyətdə qoydular. Biz demirik ki, o pulu ödəməyəcəyik, sadəcə qarı tərəfdən səbr və təmkin, bizə anlayiş göstərmələrini xahiş edirik".
"Azstudiya"nın rəhbəri Samirə Zeynalova

Qeyd edək ki, sözügedən konsertdə azərbaycanlı sənətçilər Damla və produseri Şamil, Sevil və Sevinc bacıları prodüserləri Mehri ilə, Pərviz Bülbülə və Türkan Vəlizadə produser Nicatla, Zaur Nəbioglu, Vasif Azimov, Şəbnəm Tovuzlu produseri Şamama ilə, Cavid Gul, Samirə Efendi produseri Pəri ilə, Dj Roshka, Çingiz Mustafayev produseri Elvin Mansurovla, Mehman Şamaxılı, Anar Mədətov, Yaşar Yusuf, eləcə də Türkiyə sənətçiləri Ismayil YK, Yusif Guney, İlyas Yalçıntaş, Tosun Selim, Tekinay Erdem, Şanlı Tolqa, Kaya İskender, Orçun Saraçoğlu, Erden Dinler, Anıl Şanlıel, Koç İbrahim, Atilla Ucum, Bayar Murat iştirak edib. BAKU.WS

Son xəbərlər