İcra Hakimiyyətindən konsertdə çıxış edən cinsi azlıq nümayəndəsi müğənni ilə bağlı AÇIQLAMA (VİDEO)

İcra Hakimiyyətindən konsertdə çıxış edən cinsi azlıq nümayəndəsi müğənni ilə bağlı AÇIQLAMA (VİDEO)
Video
Şou-biznes 44501

Zaqatala rayonunda keçirilən tədbirlərdən birində çəkilmiş görüntülər qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, azyaşlı uşaqların da iştirak etdiyi tədbirdə cinsi azlığa bənzəyən müğənninin mahnı ifa etməsi və uşaqların da onun ətrafında rəqs etməsi birmənalı qarşılanmayıb. Sosial mediada yayılan video geniş müzakirələrə səbəb olub. Hər kəs Zaqatala Rayon İcra Hakimiyyətini dövlət tədbirlərində bu cür insanları səhnəyə çıxardığı üçün tənqid edib.

Məsələ ilə bağlı Zaqatal Rayon İcra Hakimiyyətindən BAKU.WS-ə verilən açıqlamada bildirildi ki, tədbir icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutmayıb və onlar bu konsert proqramından xəbərsizdirlər.

"Bizim təşkil etdiyimiz dövlət tədbirlərində rayon icra başçısı da iştirak edir. Bundan başqa bütün tədbirlərimiz AZTV və digər kanallar tərəfindən işıqlandırılır və onların lent yazıları bizdə var. Bu tədbiri isə biz təşkil etməmişik".

Aynur.Ə

BAKU.WS

Son xəbərlər