SİZİN REKLAM BURADA!
055 213 76 73


"Star Wars" filmindəki "Anakin Skayuolker" obrazı ilə məşhurlaşan Ceyk Loydun 10 ay ruhi xəstəxanada müalicə aldığı məlum olub.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Loydun anası oğlunun səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib.

Lisa Loyd 35 yaşlı oğlunun ruhi xəstəliklə mübarizəsi haqqında danışıb. Aktyora 2008-ci ildə şizofreniya diaqnozu qoyulub.

Anası oğlunun orta məktəb illərində problem yaşamağa başladığını bildirib.

Loyd 10 aydır reabilitasiya mərkəzində müalicə alır və daha 8 ay müalicə alacaq.

Anası da bildirib ki, aktyor hələ də "Star Wars" filminin böyük fanatıdır.

BAKU.WS