SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur müğənnilərindən olan Semicenk mərhum sənətçi Müslüm Gürsesin "Biz babadan böyle gördük" mahnısına görə məhkəməyə verilib.

BAKU.WS bu barədə "Sabah" nəşrinə istinadən xəbər verir.

Semiçenk Müslüm Gürsesin 2000-ci ildə çıxardığı sözügedən mahnısını illər sonra yenidən ifa edib.

Mərhum sənətçinin varisi Emin Erlikhan Kısa mahnıdan icazəsiz istifadə edildiyini və Semicenkin özünü Gürseslə duet oxuyurmuş kimi qələmə verdiyini deyərək məhkəməyə üz tutub.

Hadisənin qanuna zidd olduğunu da vurğulayan Kısa, mahnının yayımlandığı rəqəmsal platformalardan çıxarılmasını istəyib.

Məhkəmə müvəqqəti tədbirlərlə bağlı vəsatəti qəbul edib.

Semiçenkin prodüseri Hazar Ekşioğlu, "Ulus Music"dən Semiçenkin mahnını oxuya bilməsi üçün lazımi icazəni aldıq", - deyə açıqlamasında bildirib.

BAKU.WS