"Titanik" filmindəki qapı hərraca çıxarılacaq - FOTO

Titanik filmindəki qapı hərraca çıxarılacaq - FOTO
Şou-biznes 3

Əfsanəvi "Titanik" filminin sonuncu səhnələrində yer alan qapı ABŞ-də "Heritage Auctions"da hərraca çıxarılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hərrac martın 20-dən 24-dək keçiriləcək. Lotun başlanğıc qiyməti isə 40 min dollardır.

Qapının uzunluğu təxminən 2,44 metr, eni isə təxminən 1,04 metrdir.

Qeyd edək ki, filmin sonunda Rouz (Keyt Uinslet) sözügedən sınmış qapı ilə xilas olur.

Son xəbərlər