SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu yaxınlarda "Qalatasaray"ın uruqvaylı ulduzu Lukas Torreyra ilə aktyor sevgilisi Devrim Özkanın münasibətini bitdiyi məlum olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur cütlüyün ayrılığının pərdəarxası TV8-də "Aramızda Kalma" verilişində müzakirə edilib.

Aparıcılardan Müge Dağıstanlı Ərdoğan ayrılığın fonunda bu açıqlamaları verib:

"Hamı evlilik xəbərini gözlədiyi bir vaxtda ayrılıq xəbəri gəldi...Şayiələrə görə səhər saatlarında Torreyranın evindən qışqırıq və dava səsləri eşidilib. Özkanın hıçqıraraq ağlaması da eşidilib. Sosial şəbəkədə ayrılığın arxa planı ilə bağlı təəccüblü iddialar səsləndirilib. Devrim Özkanın sonsuz arzularının olduğu deyilir. 400 min dollar dəyərində saatlar, brend ayaqqabılar və çantalar bu istəklər arasında olub. Torreyra xərclərinin 3 milyon TL-yə çatdığını və bundan narahat olduğunu bildirib. Torreyranın komandadan aldığı maaşda fasilələr yarananda pul qıtlığı yaşanırdı. Bu səbəbdən ikisi mübahisə edib və dava daha da böyüyüb. Sosial mediada da ayrılığa səbəb kimi Murat Bozun "O Ses Türkiye"nin Yeni il buraxılışında Devrim Özkana serenada verməsi göstərilib".

BAKU.WS