VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Aygün Kazımova qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə media nümayəndələrinə təbrik ünvanlayıb. 

BAKU.WS sənətçinin təbrikini təqdim edir:

"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildir. Siz isə bütün 365 günü mənə həmrəylik nümayiş etdirdiniz. Hər zaman dost dəstəyinizi gördüm. Bu dostluğumuz əbədidir. Sadiqliyiniz və dəstəyiniz üçün sizə təşəkkür edirəm.

Mən də sizi, ümumilikdə isə çalışdığınız qurumun bütün işçilərini həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün işlərinizdə uğurlar arzulayıram".
 
Aysel.Ş
BAKU.WS