Xalq artisti Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova ATV telekanalının Yeni il çəkilişlərinə görə bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olduğu zamanlarda Oksana Rəsulova ilə münasibətlərini korlayan xalq artisti rəqqasə ilə bir neçə ay öncə barışmışdı.

Bu dəfə isə onlar hər ikisi də "İnstagram” bloqlarında birlikdə çəkilən "selfie”lərini yerləşdiriblər.
Şəkli əvvəlcə O.Rəsulova, ardınca isə A.Kazımova paylaşıb.
 
Qeyd edək ki, O.Rəsulova meyxanaçı N.Qaraçuxurlu ilə dost münasibətində idi. Bu isə A.Kazımovanı bərk qəzəbləndirmişdi. Arada yaranan davanın böyüməməsi üçün O.Rəsulova N.Qaraçuxurlu ilə dostluğuna son qoymuşdu.
 
Barışıq fotosunu oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS