SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Faiq Ağayevlə, müğənni Günay Məhərrəmli Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşən 10 neftçi ilə bağlı təəssüf hislərini sosial şəbəkədə bölüşüblər.

BAKU.WS xəbər verir ki, xalq artisti Faiq Ağayev "Allah özü möcüzə yetirsin. İtkin düşən neftçilərimizə rəhmli ol, Ya Rəbb!”- qeydini yazıb.

Günay Məhərrəmli isə "Vay, bu günü acı xəbərlə açdıq. Saytlardan oxudum ki, gecə saatlarında Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb. Növbəti faciə zamanı butkada 10 nəfər olub. Xəzər bir can aldı, qalan 9 nəfər isə itkin düşüb. 10 ailədən biri acı çəkir, ölüm xəbəri eşidib, digər 9 nəfərin ailə üzvləri isə bir ümid gözləyir. Gözləri yoldadır, övladlar atalarını, bacılar qardaşlarını, analar övladlarını gözləyir. İtki dəhşətli bir şeydir. Ölənə rəhmət, qalanlarına isə xoş xəbər diləyirəm. Öz sevdiklərimizin qədrini vaxtında bilək, onlara diqqət edək” – sözlərini yazıb.

Xatırladaq ki, 15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 

Aysel.Ş
BAKU.WS