2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Video
Şou-biznes 160

Hər zaman deyib-gülən, əylənən, çal-çağır edən şou əhli bu il də ənənəyə sadiq qaldı. Kimi toy edib qız köçürdü, kimi vağzalı sədaları altında evinə gəlin gətirdi. Bu hadisələrin fonunda ilk dəfə nənə-baba olanlar da oldu... Nəvəsinə toy edib xoş gününə şahidlik edənlər də...

Bu dəfə BAKU.WS saytı olaraq həmin məşhurların adlarını araşdırdıq. Siyahını oxuculara təqdim edirik:

Aktrisa Gülzar Əşrəfova

Bu il "Komedixana"nın aktrisası Gülzar Əşrəfovanın ailəsində xoş gün yaşandı. Onun nəvəsi dünyaya gəldi. Aktrisa bununla bağlı özü məlumat yaydı. O sosial şəbəkədə nəvəsi ilə fotolarını paylaşaraq nənə olduğunu qeyd etdi.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Müğənni Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə də bu il baba olmaq sevinci yaşayan məşhurlardandır. 4 ildən sonra sənətçinin oğlu Loğmandan nəvəsi dünyaya gəldi. Loğman Əntiqə adlı xanımla ailəlidir.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Xalq artisti Həmidə Ömərova

Bu il Xalq artisti Həmidə Ömərova da ilk dəfə nənə oldu. 68 yaşlı aktrisanın oğlu Rəhimin qızı dünyaya gəldi. Körpəyə H. Ömərovanın anası Nəsibə xanımın adı verildi. Rəhim 2022-ci ildə Züleyxa adlı xanımla ailə qurub.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Xalq artisti Simnarə İmanova

Xalq artisti Simarə İmanova da bu ilk ilk dəfə nənə oldu. Müğənni bu barədə ilk dəfə verilişlərdən birində danışdı. Onun oğlunun oğlu dünyaya gəldiyini bildirdi. "Oğlum uşağa babasının adını qoydu - Hüseynəli. Bizim də ürəyimizcə oldu" -deyə sənətçi qeyd etdi. Məhəmməd Fatimə adlı xanımla ailə qurub.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Rəqqasə Fatimə Fətəliyeva

Bu il rəqqasə Fatimə Fətəliyeva isə ikinci dəfə nənə oldu. Onun qızı Aydanın Mikayıl adlı oğlu dünyaya gəldi. Fatimə bu barədə sosial şəbəkədə paylaşım etdi.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Məşhurlar arasında nəvə dadı görənlərlə yanaşı, nəvə toyu görənlər də oldu. Onlardan biri də Xalq artisti Rasim Balayevdir. Görkəmli aktyor nəvəsi Sevilə toy etdi. Məclis paytaxtdakı restoranlardan birində baş tutdu. Sənətkarın nəvəsi Sevil Cəmil adlı bəylə nikah masasına əyləşdi.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Xalq artisti Zeynəb Xanlarova

Xalq artisti Zeynəb Xanlarova da nəvəsinə toy edən məşhurlardan oldu. Bu ilin sentyabrında baş tutan toy dəbdəbəli məkanlardan birində keçirildi. Sənətkarın adını daşıyan nəvəsi Zeynəb Tamerlan adlı bəylə evləndi. Məclisdə xeyli sayda Xalq artisti iştirak etdi. Toyun aparıcısı Leyla Quliyeva oldu.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Cavanşir Məmmədov

Bu il mərhum Əməkdar artist Cavanşir Məmmədovun da ailəsində vağzalı səsləndi. Onun qızının qızı Rəfiqə Rüfət adlı bəylə evləndi. Cavanşir Məmmədov ötən ilin aprelində dünyasını dəyişib. O, 2023-cü ildə açıqlamalarından birində nəvəsinin nişanı olduğunu bildirmişdi.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Xalq artisti Məmmədbağır Bağırzadə

Bu ilin aprelində Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi Yusif də ailə qurdu. Mərhum sənətçinin oğlu Rahim övladına paytaxt restoranlarının birində toy etdi. Toyda bəzi şou-biznes nümayəndələri də yer aldı.

2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI

Son xəbərlər