SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Elza Seyidcahan məhkəməyə müraciət edib. 

BAKU.WS xəbər verir ki, bəstəkar-müğənni adından qazın, işığın qiymətinin qalxmasından bəhs edən şeir yazılıb, sosial şəbəkədə paylaşılmasına etiraz olaraq bu addımı atıb.
 
"Mənə məxsus olmayan, səviyyəsiz sözlər yazan cinayətkar, təxribatçı məhkəmə qarşısında cavab verəcək. Kim bu cür paylaşımlar edibsə, hamısı sübut kimi toplanılıb. İnsan gərək o qədər azğınlaşsın ki, başqasının adından böhtan dolu şeirlər yazsın. Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirlər. Nəyə görə? Çünki paxıllıq, əclaflıq sənə rahatlıq vermir. Niyə? Hüquq mühafizə orqanları səni yerində oturdar, eybi yoxdur. Onsuz da məni tanıyanlar bilir ki, sənin boşboğazlığın Elza Seyidcahanın dəsti-xətti deyil” , deyə, E.Seyidcahan "İnstagram” bloqunda yazıb.
 
Xatırladaq ki, ötən gün Tarif Şurasının sonuncu iclasından sonra qaz və elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı mətbuatda yer alan xəbərlərin ardından sosal şəbəkələrdə E.Seyidcahanın adından etiraz əlaməti olaraq şeir yazılıb. 

Aysel.Ş
BAKU.WS