Xəzər TV-nin çəkiliş qrupuna hücum edildi - VİDEO

04
iyl
2018
15:11
Xəzər TV-nin çəkiliş qrupu hücuma məruz qalıb. BAKU.WS xəbər verir ki, hadisə Firəngiz Cəlilovanın aparıcısı olduğu “Əlimin duzu” verilişinin çəkilişi zamanı baş verib. Bu barədə aparıcı özü məlumat verib: "Əlimin duzu" layihəsinin çəkilişini bitirib gedən zaman marketin səlahiyyətli işçiləri operatorumuzun kamerasını əlindən almağa çalışdılar. Mən onların təzyiqiniı lentə alan zaman isə əlimə vuraraq, telefonumu götürmək istədilər. Görəsən niyə, qorxduqları nədir? Anlamadım. Dəfələrlə başqa marketlərdə çəkiliş etmişik, heç bir problem yaşamamışıq. "Bizim market" demək ki, xofludur. Quldur kimi maşınımızın qarşısını kəsib, bizi buraxmaq istəmirdilər. Çox əsəbiyəm, təsəvvür edin, mən maşına əyləşdikdən sonra görürəm ki, operatorumuz Elnuru, reper Qurd və prodüseri Cavidi əhatəyə alıb kameranı əlindən almaq istəyirlər. Yolu bağlayaraq kameranı tələb etdilər. Kamerada isə sadəcə reper Qurdla bazarlıq etdiyiyimiz gorüntulər var. Bunu da onlar bilirdi. Bizə qarşı bu hərəkətlərinin səbəbini anlamırıq". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
İş adamının müğənni oğlunun milyonluq villası - FOTO
"Xəzər" telekanalına Firanın aparıcılığı ilə yayıma başlayan "Əlimin duzu" adlı proqram gənc ifaçı Orxan Babazadənin evində qonaq olub.BAKU.WS milli.Az-a istina...