Bakıda "Sevgililər günü" belə keçdi (VİDEO)
15
fev
2018
14:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda əsən eşq havası… Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. Dünyanın bir çox ölkələrində 14 fevral Valentin günü, Azərbaycanda isə sevgililər günü kimi qeyd edilir. Məhz həmin gün Bakı küçələrini eşq havası bürüdü.Məhəbbətdən bihuş olub, Məcnun kimi çöllərə düşüb, sevgilisinə hədiyyə alan kim, şirin sözlərlə qarşı tərəfin könlünü alıb, sevgisini isbat edən kim. Paytaxtın bir sıra mərkəzi küçələrində romantik abu hava yaşandı. Əllərində gül dəstəsi və ürək formalı şarlarla küçələrdə dolaşan cütlüklər maraqlı görüntü sərgilədilər. Həmin anlar isəBAKU.WS-in kamerasının yaddaşına bax belə həkk olundu. Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Səfurə əri ilə sevgililər gününü belə qeyd etdi
Avroviziya təmsilçimiz Səfura Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə instagram hesabında foto paylaşıbBAKU.WS-in məlumatına görə, ötən gün Səfura əri Fərhadla bə...