Acun “Azərbaycandan qatılan” uşaqları axtarır - VİDEO
23
okt
2018
12:58
"TV8"in sahibi, aparıcı və prodüser Acun İlıcalı "Instagram"da yeni video paylaşıb.BAKU.WS xəbər verir ki, görüntülərdə “O səs Türkiyə” proqramını təqlid edən uşaqlar yer alır. Türkiyədəki kəndlərdən birində çəkilən videoda maraqlı məqam isə gənc qızın verilişə “Azərbaycandan qatılıram" sözlərini deməsi olub. Görüntülər İlıcalının da diqqətini çəkib.O, videonu paylaşaraq “İlk işim sizi tapmaq olacaq” başlığını yazıb. Xatırladaq ki, uşaqlar layihənin münsif kürsüsündə əyləşən müğənnilər Murad Boz, Hadisə, Seda Sayan və aparıcı Beyazıt Öztürkü də təqlid ediblər.Qeyd edək ki, münsif müğənni Murad Boz 5 ildən sonra 21 dekabrda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.BAKU.WS
Oxşar xəbərlər
Şafak Sezerin son halı sevənlərini kədərləndirdi
Məşhur aktyor Şafak Sezerin son halı görənləri kədərləndirib. BAKU.WS xəbər verir ki, buna səbəb onun həddən artıq çəki itirməsidir. "Kolpaçino", "G.O.R.A." və...