SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Xuraman Əlizadə şəxsi həyatı ilə bağlı yenidən gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Bu şəhərdə”nin Heydər Əliyev Sarayında "İki canlı” adlı konsertində həyat yoldaşı ilə birgə yollanan aktrisanın qeyri-rəsmi nikahda yaşaması ilə bağlı mətbuatda xəbərlər yerləşdirilib.

X.Əlizadə buna cavab olaraq "İnstagram” bloqunda nikah şəhadətnaməsinin fotosunu paylaşaraq, "Saytların biri yazıb ki, mənim ailəm nikahdan kənardır. Bunu sübut üçün paylaşıram. Dini kəbini də paylaşım, yoxsa bu bəs edər? Əl çəkin, dövlətin sənədinə də saxta deyəcəksiniz? Nikahımız ailə qurduqdan bir neçə ay sonra bağlanıb” – sözlərini yazıb.
 
Qeyd edək ki, X.Əlizadənin bu evlilikdən bir oğlan övladı var.
 
Aysel.Ş
BAKU.WS