VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın həm də özünəməxsus tərzdə şeirlər yazdığı heç kimə sirr deyil.

Müğənni BAKU.WS-ə açıqlamasında "Mənim şeirlərimin çox böyük dərin mənası, fəlsəfəsi var” – deyib:

"Yazdıqlarımı Mayakovskinin şeirlərinə (Rus şairi Vladimir Mayakovskini nəzərdə tutur-red ) bənzədirlər. Hətta mənə çox adam deyir ki, sənin şeirlərində, mahnılarında sanki bir üsyan var. Rejissorlar mənə deyirlər ki, sənin yazdığın şeirlər, bəstələdiyin mahnılar, sanki hazır tamaşadır. Onu da deyim ki, mən zamanında teatrlarla da çalışmışam. Konservatoriyada oxuduğum illərdə tamaşalarla daha çox məşğul olurdum. Sonra gördüm ki, büdcə baxımından alınmır, ona görə də tamaşaları dayandırdım. Tamaşanı yazırsan, istəyirsən onu səhnəyə qoyasan, amma maddi vəsait çatmır” – deyə E.Seyidcahan söyləyib.
 
Əməkdar artist son yazdığı şeirin ətrafında yaranan söz-söhbətə də münasibətini bildirib:
"Bədbəxt o şairdir ki, yazdıqları illərlə qalır, oxunmur. Elza Seyidcahan yaradıcılığı isə hər zaman müzakirə olunur”. 
 
Aysel.Ş
BAKU.WS