SİZİN REKLAM BURADA!
055 213 76 73


Özündən 24 yaş kiçik sevgilisi ilə gizli ailə həyatı quran Özcan Denizin toy şəkilləri yayılıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, fotoları sənətçinin sevgilisi, iranlı model Samar Dadqar şəxsi instaqram hesabında paylaşıb. 

Cütlüyün toyu ailə arasında kiçik məclislə baş tutduğundan bir çox adamın onların şad günündən xəbəri olmayıb.

Qeyd edək ki, Deniz özündən 24 yaş kiçik Samara ötən il evlilik təklifi etmişdi.

Türkiyə mətbuatında yer alan məlumatlara görə, bu Özcan Denizin 3-cü evliliyidir. Onun ikinci ailə həyatından Kuzey adlı bir azyaşlı övladı var. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA