SİZİN REKLAM BURADA!
055 213 76 73


"30 ildir mahnılarımla, filmlərimlə sizinləyəm. Bu heç də az müddət deyil. 30 il ərzində çəkdiyim bir film mənim üçün çox önəm var. 1991-ci il idi. Mən yeni-yeni səhnələrə çıxırdım. Bilirsiniz ki, o dövrlər televiziyada görünmək çox çətin idi. Mən televiziyaya çıxdığım günün səhəri elə bilirdim ki, artıq məşhurlaşmışam. Hamı məni tanıyır. Küçədə gəzə bilməyəcəm, fanatlarım avtoqraf almaq üçün üstümə qaçacaqlar. Evdən çıxdım, kaset və val satılan bir dükan var idi, ora getdim. Kimsə mənə salam vermir, heç kim məni tanımır. Bu hal məni çox kədərləndirirdi. Bu vaxt dükana gözəl və ağ libaslı bir qadın gəldi. Həmin vaxtlar mən 19-20 yaşında gənc oğlan idim. Həmin xanım isə 35 yaşında olardı. Hər kəs bu qadına baxırdı. Mənə "Özcan Deniz sənsən?" dedi. "Bəli, mənəm" dedim. Məndən imzalı kasetimi istədi. Həyatımda ilk dəfə kimsə məndən imzalı kasetimi istəmişdi. Mən də verdim. Bu zaman adını soruşdum Firuzə olduğunu dedi".

BAKU.WS-in məlumatına görə, bu sözləri türkiyəli müğənni Özcan Deniz Bakı konserti zamanı illər əvvəl başına gələn maraqlı hadisədən danışarkən deyib. Sənətçi yeni məşhurlaşdığı dövrlərdə tanımadığı bir qadının ona mal-mülk, lüks həyat vəd etdiyini, lakin bu xanımın əslində heç bir var-dövləti olmadığı, şizofren olduğunu deyib:

"Qadın dedi ki, "mən Kiprdə düymə fabriki olan iş adamının həyat yoldaşıyam. Ərim vəfat edib. Mən də fabrikanı idarə edə bilmədiyimdən satdım. Hər şeyimi götürüb bura gəldim. Bu pulu investisiya məqsədilə hara yatıracağımı fikirləşirdim ki, ötən gün televiziyada Özcan Denizi gördüm. Bütün pulumu bu uşağın gələcəyi üçün sərf edəcəm dedim".

Qadın bunları söyləyəndə çox təəccübləndim. O elə yanımda banka zəng etdi. Dedi ki, "Özcan Deniz gələcək, ona pul verərsiniz". Sonra bahalı geyim markalarından birinə zəng etdi, "Özcan Deniz gələcək, ona yaz-yay-qış kolleksiyanızdan ən yaxşı geyimləri  verərəsiniz". Evlərindən birinə zəng vurdu: "O villanı təmizləyin, artıq Özcan Deniz orada yaşayacaq". Mən Özcan Deniz baş verənlərə inana bilmirəm. Sürücüsünə zəng edib deyir ki, "artıq limuzinlə Özcan Denizi aparıb-gətirəcəksən". Bir həftə sonra yenidən bura gələcəyini bildirdi və getdi.

O bir həftə boyunca o qədər xəyallar qurdum ki... Görməmişlik kimi çıxmasın deyə banka da getmədim. Bir həftə sonra dedik ki, həmin banka gedək. Getdik, elə bir bank yox idi. Az qaldılar bizi oradan qovsunlar. Sonra brend geyim mağazasına getdik, bizi döyüb qovdular.

Sən demə, hər şey yalan imiş. Sonra anladıq ki, qadın şizofrendir. Zəng vurub danışdığı şəxslər isə xəstəxanada yoldaşları imiş. Bizə heç nə, eyni zamanda hər şey verdi. O bir həftə boyunca nə xəyal etmişdimsə, hamısı həyatımda reallaşdı. Bu, insanlara ümid verməyin, onun ümidini qırmayan bir hekayədir. Sonra "Hardasan, Firuzə?" filmini çəkdik. Bu, bir növ onu axtarmaq kampaniyası oldu. O qadını tapsam, çoxlu öpəcəm. Allah ondan razı olsun. Amma qadını tapa bilmədik". 

Özcanın illər əvvəl başına gələn bu maraqlı hadisə zaldakı tamaşaçıların gülüşünə səbəb olub. Daha sonra ifaçı həmin filmə həsr edilən "Beni Affet" mahnısını səsləndirib. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA