SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Şevket Çoruh "Arka sokaklar" serialından ayrılmasının səbəbini açıqlayıb. 

BAKU.WS xəbər verir ki, "İnci Sözlük" proqramına qonaq olan aktyor artıq çox yorulduğunu və daha teatrda çalışacağını deyib:

"Əvvəla, çox yoruldum, ikincisi isə, teatrla birgə davam etdirmək çox çətin idi".

Xatırladaq ki, 16 ildir ekranlara gələn  "Arka sokaklar"da Şevket "Komiser Mesut" obrazını canlandırırdı.

"Arka sokaklar"ın əsas rollarında Zafer Ergin, Özgür Ozan, Oya Okar, İlker İnanoğlu, Şevket Çoruh və Ozan Çobanoğlu kimi aktyorlar çəkilirlər.

BAKU.WS