“Aşkı-Memnu”nun aktyorlarından 13 il sonra səmimi görüntülər - FOTO

“Aşkı-Memnu”nun aktyorlarından 13 il sonra səmimi görüntülər - FOTO
Foto
Şou-biznes 4030

Türkiyənin reytinqli layihələrindən olan “Aşkı-Memnu”nun aktyorları 13 il sonra bir araya gəlib.

BAKU.WS xəbər verir ki, ekran işində evli cütlüyü canlandıran Nur Fettahoğlu (Peyker) və İlker Kızmaz (Nihat) bir araya gəliblər.

Tərəf müqabili olan ikili foto çəkdirərək sosial şəbəkə hesablarında yayımlayıblar. Onların səmimi görüntüləri diqqət çəkərək müzakirələrə səbəb olub.

Nur Fettahoğlu yayımladığı fotoya “Səni necə sevirəm, bəlli deyil” qısa şərhini əlavə edib. İlker Kızmaz isə Nurla olan şəkilinə “Zaman keçər, hər şey dəyişər, sadəcə sən eyni yerdə” sözlərini yazıb.

Qeyd edək ki, “Aşkı-Memnu” ilk dəfə 2008-ci ilin sentyabrında ekranlara gəlib. Rejissoru Hilal Saral olan ekran işi dram və romantik janrda çəkilib. Serialın əsas rollarında Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem, Hazal Kaya, Nebahat Çehre, Zerrin Tekindor kimi məşhur aktyorlar çəkiliblər.

Son xəbərlər